YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Elmin inkişafı ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx əlaqədədir

«Elmin inkişafı daim dövlətin diqqət mərkəzindədir». Bu fikri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövşər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, elmin inkişafı ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx əlaqədədir. Onun sözlərinə görə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

«Azərbaycan Prezidenti İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi istiqamətində mühüm addımlar atır. Eyni zamanda, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması, elmi tədqiqatların infrastrukturunun modernləşdirilməsi sahəsində bir sıra mühüm qərarlar qəbul edilib»- deyə, G.Baxşəliyeva vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv