YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firdovsi Umudov: “Rio-2016”-da qazandığımız qələbələri şəhidlərimizə həsr edirik

Biz güləşçilər Olimpiya oyunlarında qazandığımız qələbələri bütün şəhidlərimizə həsr edirik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudov bildirib.

F.Umudov deyib: “Altı çəki dərəcəsində beş medal qazanaraq, komanda hesabında birinci yeri tutduq. Bütün güləşçilərimiz qızıl medal qazanmağa layiq idi. Bundan sonra da çalışacağıq ki, uğurlarımızı davam etdirək. Biz qələbələrimizi aprel döyüşlərində şəhid olmuş əsgərlərimizə və ümumiyyətlə bütün şəhidlərimizə həsr edirik. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə hələ çox zəfərlərə nail olacağıq”.

Xatirladaq ki, “Rio-2016”-da idmançılarımız 18 medal qazanaraq tarixi nailiyyətə imza atıblar. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə daha 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlonda təmsil olunub.