YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Radik İsayev: Olimpiadada qızıl medal qazanmaq, Rio-de-Janeyroda Azərbaycanın dövlət himninin səsləndirilməsi qürurvericidir

Olimpiadada qızıl medal qazanmağım, Rio-de-Janeyroda Azərbaycanın dövlət himninin səsləndirilməsi qürurvericidir. Bunlar izaholunmaz hisslərdir.

Bu sözləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Radik İsayev Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova ilə söhbəti zamanı bildirib.

Radik İsayev deyib: “Mən hər döyüşə çıxanda bacardığımın ən yaxşısını etmək üçün çalışıram. Rəqiblərimin hamısını tanıyırdım. Olimpiadadan medalsız qayıtmamağı düşünürdüm. Məqsədim mükafatçılar sırasında düşmək idi. Amma finala çıxdım, qızıl medal qazandım. Finaldakı rəqibimi baş məşqçinin tapşırıqlarını yerinə yetirməklə məğlub etdim. Döyüş vaxtı da yalnız məşqçimin dediklərini edirdim. Qələbəmi isə azarkeşlərimə və anama həsr edirəm. O, mənim medallarımı yığır”.