YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Rio-2016”: Azərbaycan boksçusu Lorenzo Sotomayor Olimpiya Oyunlarında ikinci olub

Avqustun 21-də “Rio-2016” Yay Olimpiya Oyunlarının son günündə boks yarışlarına yekun vurulub.

Azərbaycan boks yığmasının üzvü Lorenzo Sotomayor 64 kiloqram çəkidə həlledici döyüşə çıxıb. Sotomayorun finaldakı rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olub. Dünya və Asiya çempionatının gümüş mükafatçısına məğlub olan təcrübəli boksçumuz Olimpiadanın gümüş medalını qazanıb.