YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Milli təhsil quruculuğunda böyük nailiyyətlər əldə olunub

«Ötən dövr  ərzində ölkənin bütün sahələrində, o cümlədən milli təhsil quruculuğu sahəsində də böyük nailiyyətlər əldə olunub». Bu fikri təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

F.Qurbanov bildirib ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyası yönündə ciddi işlər görülür. Onun sözlərinə görə, sürətlə modernləşən təhsil sisteminin üzərinə müəyyən vəzifələr düşür.

«Son illərdə bir sıra mühüm hüquqi-normativ sənədlər qəbul olunub, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni proqramlar və dərsliklərin hazırlanıb. Eləcə də, ötən 10 ildə ölkəmizdə 3 mindən çox yeni məktəb tikilib və əsaslı təmir edilib. Ölkənin təhsil sisteminin ali məqsədi 21-ci  əsrin tələblərinə cavab verən, vətənpərvər, bilikli, bacarıqlı, kamil vətəndaşlar yetişdirməkdir»- deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv