YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı həyat səviyyəsi yaxşılaşan 10 şəhərdən biridir

“The Economist” məcmuəsi son sayında 2016-cı il üçün dünyanın “Ən yaşamalı şəhərləri”nin reytinq cədvəlini və bu barədə hesabatı dərc edib.

Hesabatda deyilir ki, dünya şəhərlərinin reytinqini hazırlamaq o qədər də asan deyil, buna görə də məcmuənin araşdırmaçı qolu "The Economist Intelligence Unit" “yaşamalı şəhər” deyilən yeni konsepsiyadan istifadə edib.

“The Economist”in hesabatında qeyd olunur ki, əslində son qiymətləndirmədən, yəni 2011-ci ildən bu yana şəhərlərin reytinq cədvəlində dramatik dəyişiklik baş verməyib.

Lakin builki hesabatda Azərbaycanın adı xüsusilə çəkilir. Belə ki, paytaxt Bakı yaxşılığa doğru dəyişən “yaşamalı şəhərlər” sırasındadır. Son beş ildə Bakının reytinqi 1,6 faiz yaxşılaşıb. 

Yaşama şəraiti yaxşılaşan şəhərlərin sırasında Bakıdan başqa, Dubay (74), Küveyt (81), Bratislava (63) və Varşava (65) da var.