YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib

Avqustun 19-da Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı iclası keçirilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Abid Şərifov iclasda çıxış edib. O qeyd edib ki, Azərbaycanla Çin arasında çoxillik dostluq telləri qarşılıqlı hörmətə və qarşılıqlı faydaya əsaslanır. A.Şərifov Azərbaycan-Çin münasibətlərinin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına səfər mühüm rol oynamasını göstərərək qeyd edib ki, 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri və cari ilin iyun ayında Çin Xalq Respublikası Dövlət Şurası sədrinin birinci müavini Can Qaolinin Bakıya səfəri bu münasibətlərə yeni təkan verib.

İclasda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 5-ci iclasında qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması məsələləri müzakirə edilib, əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib, iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin möhkəmləndirilməsinə dair konkret təkliflər irəli sürülüb.

Çin nümayəndə heyətinə kommersiya nazirinin müavini Tsyan Kemin başçılıq edir. Çin nümayəndə heyətinin tərkibinə dövlət strukturlarının təmsilçiləri və 20 Çin şirkətinin nümayəndələri daxildir.

İclasın yekunlarına əsasən Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı iclasının Protokolu imzalanıb.

 

DİGƏR Xəbərlər Arxiv