YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Los-Ancelesdəki baş konsulu konqresmen Ed Roysla görüşüb

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev kaliforniyalı konqresmen, ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Ed Roysla görüşüb.

Görüşdə Azərbaycanla ABŞ arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərindən, habelə ABŞ-ın Avropadakı müttəfiqlərinin və İsrailin enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın töhfəsindən danışılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunub. Aprel ayında qoşunların təmas xəttində baş vermiş hadisələrə toxunan N.Agayev vurğulayıb ki, silahlı toqquşmalar münaqişə zonasında indiki status-kvonun çox zəif və yolverilməz olduğunu, habelə problemin tezliklə həllini tapmasının vacibliyini növbəti dəfə nümayiş etdirib.

Danışıqlar prosesindən söz açan baş konsul qeyd edib ki, münaqişənin beynəlxalq hüquq əsasında hərtərəfli həlli möhkəm sülhün bərqərar olmasını təmin edəcək.

Diplomat bildirib ki, Azərbaycan konfessiyalararası həmrəylik və tolerantlıq ənənələrinin dərin kökləri olan ölkədir və bu da müsəlman, xristian və yəhudilərin sülh, ləyaqət və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamasını təmin edir.