YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizə Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib. Təkcə cari ilin iyul ayında BƏƏ-dən ölkəmizə səfər edən əcnəbilərin sayı 10 073 nəfər təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur.

Bu, son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin marketinq strategiyasına əsaslanan təbliğat işlərinin gücləndirilməsinin, 2011-ci ildən etibarən BƏƏ-də təmsilçi ofisin fəaliyyətə başlamasının, eləcə də 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimi yaradılmasının məntiqi nəticəsidir.

Nazirlikdən  bildirilib ki, aparılan təhlil və araşdırmalar nəticəsində BƏƏ-nin digər Körfəz ölkələri ilə birlikdə Azərbaycan üçün turizm baxımından prioritetlərdən biri olduğu müəyyən edilib və bundan sonra həyata keçirilən marketinq siyasəti və kampaniyalarının bir qismi planlaşdırılmış şəkildə sözügedən ölkələrə yönəldilib.

2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays” MMC şirkəti arasında “Körfəz əməkdaşlıq ölkələri – bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında” müqavilə imzalanıb və həmin ildən etibarən sözügedən ölkədə nazirliyin təmsilçi ofisi fəaliyyət göstərməkdədir. 2011-ci ildən etibarən şirkət Körfəz ölkələrindən turistlərin cəlb edilməsi, regionda Azərbaycanın maraqlarının təmsil olunması, təbliğat və təşviqat kampaniyalarının təşkili, birgə tədbirlərin keçirilməsi, reklamların yerləşdirilməsi, info və press turların təşkili istiqamətlərində bir çox işlər görüb. Təsadüfi deyil ki, 2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 57,5 faiz artım baş verib.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında BƏƏ-dən ölkəmizə gələn xarici turistlərin sayı 10 086 nəfər olub.