YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 454 nəfər əlilliyi olan şəxsin məşğulluğu təmin edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətitərəfindən əlilliyi olan şəxslərin məşğulluğunun təminatı diqqətdə saxlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu istiqamətdə aktiv məşğulluq tədbirlərinin davamı kimi, cari ilin yanvar-iyul aylarında Xidmətin xətti ilə 454 nəfər əlilliyi olan şəxs  münasib işlərlə təmin edilib. Həmin vətəndaşlardan 155 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün idarə, müəssisə və təşkilatlarda müəyyən olunmuş kvota üzrə iş yerlərində işlə təmin olunublar.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası»na əsasən, kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə müəyyən edilir. Belə ki, işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi, işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə 4 faizi, işçilərinin sayı 100-dən çox olan müəssisələrdə isə 5 faizi miqdarında kvota yeri ayrılır.

Ümumilikdə bu il ərzində respublikanın rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün ümumilikdə 665 müəssisədə 2 minə yaxın kvota üzrə iş yeri müəyyən olunub. Onlardan 50 faizə yaxını məhz əlilliyi olan şəxslər üçün nəzərdə tutulub.