YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyanın “Rosen Group”u TAP-ı istismar alətləri, izləmə avadanlıqları və aksessuarlarla təchiz edəcək

Almaniyanın “Rosen Group”u Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin quru hissəsinin tikintisinin podratçısı olan Fransanın “SPIECAPAG” şirkəti ilə ilkin istismar fəaliyyəti üzrə avadanlıqların verilməsi barədə müqavilə imzalayıb.

Bu barədə “Rosen Group”un saytında məlumat verilir. Bildirilir ki, şirkət TAP-ı ilkin istismar alətləri, izləmə avadanlıqları və 48 düymlük boruların çəkilməsində istifadə olunacaq aksessuarlarla təmin edəcək.

Qeyd edək ki, neft-qaz boru kəmərləri və sistemləri sahəsində dünya lideri olan “SPIECAPAG” şirkəti TAP-ın inşasında iki lot üzrə ümumilikdə 215 kilometr uzunluğunda – kəmərin Yunanıstanda Kipoi və Kavala arasında 185 kilometrlik hissəsinin, Albaniyada isə Bilişt və Topoje arasındakı hissəsinin tikintisini həyata keçirəcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin (Southern Gas Corridor - SGC) tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. Mayın sonlarına kimi layihə üzrə iş həcminin 19,5 faizi yerinə yetirilib və ümumilikdə 877 milyon avro həcmində sərmayə qoyulub. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

 

DİGƏR Xəbərlər Arxiv