YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Bütün sahələrdə vətəndaşların tam keyfiyyətli xidmətlə təmin olunması diqqət mərkəzindədir

«Azərbaycanda dinamik sosial-iqtisadi tərəqqinin əsasında rasional və dəqiqliklə proqnozlaşdırılmış siyasət dayanır». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi hökumətin diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu istiqamətdə dövlət başçısı tərəfindən Fərman və sərəncamlar imzalanıb, konkret əməli tədbirlər görülüb.

«Bu kontekstdə, heç şübhəsiz, dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli, həmçinin rahat həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət"  mərkəzlərinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fəaliyyətə başladığı tarixdən bu günədək "ASAN xidmət" mərkəzlərinə 11 milyonadək müraciət daxil olub. Gün ərzində "ASAN xidmət" mərkəzlərinə 20 min vətəndaş müraciət edir. 2013-cü ildən "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionların əhalisinə xidmətlərin çatdırılması məqsədilə xüsusi avtobuslarla səyyar xidmətlər göstərilir. Xüsusi qayğıya ehtiyacı olan əlil vətəndaşlara xidmətlər ödənişsiz həyata keçirilib. Bütün bunlar vətəndaşlara yüksək və keyfiyyətli   xidmətlərin göstəricisidir»- deyə, S.Hüseynova qeyd edib.