YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aviqdor Liberman: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq düşüncə mərkəzinə çevrilib

Təl-Əvivdə İsrailin müdafiə naziri Aviqdor Liberman Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi və baş katibin müavini ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildiriblər ki, görüşdə A.Libermana Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, onun fəaliyyəti və mərkəzin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı forumları barədə məlumat verilib.

Bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq düşüncə mərkəzinə, vahid siyasi platformaya çevrilib və burada aparılan müzakirələr region dövlətləri üçün çox vacibdir. Liberman Azərbaycan və İsrail dövləti arasındakı dostluq münasibətlərindən, ölkəmizdə yaşayan yəhudi icmasına göstərilən diqqət və qayğıdan söz açıb.

Sonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri nazir Aviqador Libermanı gələn il Bakıda keçirilməsi nəzərdə tutulan V Qlobal Bakı Forumuna dəvət ediblər.

Qeyd edək ki, 2016-cı ilin mayında İsrailin müdafiə naziri təyin olunan Aviqdor Liberman daha öncə İsrailin milli infrastruktur naziri, nəqliyyat naziri, xarici işlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb.

 

DİGƏR Xəbərlər Arxiv