YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün “Rio-2016”da Azərbaycanın beş idmançısı mükafatlar uğrunda yarışlara qoşulub

Braziliyada XXXI Yay Olimpiya Oyunları həyəcanının yeddinci günü davam edir.

Avqustun 12-də Azərbaycanın beş atleti idmanın dörd - cüdo, atıcılıq, boks və atletika növündə mübarizəyə qoşulacaq. İyirmi dörd dəst medal uğrunda yarışların keçiriləcəyi bu gündə idmansevərlərimiz əvvəlcə cüdoçumuz Uşanqi Kokaurinin (100 kq-dan yuxarı) çıxışını izləyə biləcəklər. Onaltıdabir final mərhələsində tatami üzərinə çıxacaq idmançımızın rəqibi latviyalı Arturs Nikiforenko olacaq. Görüş Bakı vaxtı ilə saat 17:07-də başlayacaq.

Saat 19:15-də Ruslan Lunyov 25 metr məsafəyə sürətlə atəşaçma yarışının təsnifat mərhələsində qüvvəsini sınayacaq. İyirmi altı iştirakçının çıxış edəcəyi yarışın ikinci mərhələsi avqustun 13-də saat 16:00-da, final mərhələsi isə saat 19:30-da start götürəcək.

Bu gün Azərbaycanın iki boksçusu rinqə çıxacaq. İlk döyüşdə dünya çempionu Albert Səlimov (60 kq) dörddəbir finalda fransalı Sofian Oumiha ilə üz-üzə gələcək. Qələbə təqdirində, A.Səlimov ən azı bürünc medalı təmin edəcək. Görüş saat 01:15-də başlayacaq. Saat 01:30-da isə Kamran Şahsuvarlı 75 kiloqram çəkidə səkkizdəbir final döyüşündə rusiyalı Artyom Çebotaryovla görüşəcək.

Gecə saat 03:40-da isə atletikanın çəkicatma növündə Anna Skidan mübarizəyə qoşulacaq. “B” qrupunda yer alan A.Skidanın 15 rəqibi olacaq. “A” qrupunda isə 16 atlet yer alıb.