YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Babayev: Azərbaycanda elmin inkişafı daim dövlətin diqqət mərkəzindədir

«Azərbaycanda elmin inkişafı daim dövlətin diqqət mərkəzindədir». Bu fikri Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib.

E.Babayev bildirib ki, elmin inkişafı ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx əlaqədədir. Onun sözlərinə görə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla, yeni çalarlarla davam etdirilir.

«Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın yeni və mürəkkəb mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolunu elm və təhsil sahələrinin inkişafında, onların müasir tələblər səviyyəsinə çatdırılmasında və həmin proseslərdə alimlərin böyük potensialından düzgün istifadədə görür. Müasir dövrdə dayanıqlı inkişafın əsasında elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir faktor kimi qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması, elmi tədqiqatların infrastrukturunun modernləşdirilməsi sahəsində bir sıra mühüm qərarlar qəbul edib»- deyə, E.Babayev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv