YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Beynəlxalq Təhsil Sərgisi təşkil olunacaq

Oktyabrın 15-də Bakıda Beynəlxalq Təhsil Sərgisi açılacaq.

Dünyanın ən qabaqcıl universitetlərinin iştirak edəcəyi sərgidə iştirakçılar ən nüfuzlu universitetlərin nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər. “Fairmont Baku” otelində keçiriləcək sərgi 17 ölkədə fəaliyyət göstərən 200-dən çox universitetin rəsmi nümayəndəsi olan “IGEC” şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

Sərgi çərçivəsində təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitetlərlə bağlı verilən sualları cavablandıracaqlar. Sərgidə, həmçinin dünyada təcrübə proqramları haqqında məlumatların verilməsi də nəzərdə tutulub.