YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrailin müdafiə naziri: Azərbaycanda yaşayan yəhudi icmasına yüksək qayğı göstərilir

Avqustun 11-də Təl-Əvivdə İsrailin müdafiə naziri Aviqdor Liberman Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini və baş katibin müavinini qəbul edib.

Görüşdə nazir A.Libermana Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, onun fəaliyyəti və mərkəzin təçkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumları barədə geniş məlumat verilib.

Bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq düşüncə mərkəzinə, vahid siyasi platformaya çevrilib və burada aparılan müzakirələr region dövlətləri üçün çox vacibdir.

A.Liberman Azərbaycan və İsrail dövləti arasındakı dostluq münasibətlərindən, Azərbaycanda yaşayan yəhudi icmasına göstərilən yüksək diqqət və qayğıdan söz açıb.

Sonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri nazir Aviqador Libermanı gələn il Bakı şəhərində keçirilməsi nəzərdə tutulan V Qlobal Bakı Forumuna dəvət edib.

Qeyd edək ki, 2016-cı ilin may ayında İsrailin müdafiə naziri təyin olunan Aviqdor Liberman daha öncə İsrailin Milli İnfrastruktur naziri, Nəqliyyat naziri, Xarici İşlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb.