YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycan regional iqtisadi layihələrdə oynadığı mühüm rolu siyasi müstəvidə də həyata keçirir

«Azərbaycan regional iqtisadi layihələrdə oynadığı mühüm rolu siyasi müstəvidə də həyata keçirir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, ölkəmiz çoxvektorlu praqmatik xarici siyasətində regional əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir. Çünki Azərbaycanın niyyəti bölgədə uzunmüddətli və etibarlı sabitliyə nail olmaqdan, regional layihələri təhlükəsizlik şəraitində həyata keçirməkdən ibarətdir.

«Ölkəmiz qonşu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini bundan sonra da irəli aparmaq, yeni elementlərlə daha da zənginləşdirmək niyyətindədir. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilən üçtərəfli Zirvə görüşü böyük önəm daşıyır. Prezident İlham Əliyev üçtərəfli Zirvə görüşündəki çıxışında Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda bir araya gəlmələrini tarixi hadisə kimi səciyyələndirib. Azərbaycan yeni formatın əsas təşəbbüskarı və mərkəzi fiqurudur»- deyə, deputat qeyd edib.