YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: IV İslam Həmrəylik Oyunları ilə Azərbaycan müsəlman ölkəsinin gözəlliyini, tolerantlığını dünyaya nümayiş etdirəcək

«Ölkəmiz bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib». Bu fikri gənclər  və idman naziri  Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, bu baxımdan birinci Avropa Oyunlarını, Formula-1 Avropa Qran-prisini və digər mötəbər yarışlarını  xüsusi qeyd etmək olar. Onun sözlərinə görə, daim dünyaya tolerantlıq nümayiş edən Azərbaycanın IV İslam Həmrəylik Oyunlarını keçirməkdə məqsədi İslam dininin gözəlliyini, insanlar arasında dostluq, mehribanlıq münasibətlərini təbliğ etməsini dünyaya göstərməkdir.

«Gələn il 12 yarış günü ərzində beş mindən çox idmançı idmanın 20 növü üzrə mübarizə aparacaq. Daim hər bir yarışa yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, IV İslam Həmrəylik Oyunları ilə Azərbaycanın timsalında müsəlman ölkəsinin gözəlliyini, tolerantlığını dünyaya nümayiş etdirəcək»- deyə, nazir vurğulayıb.