YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olub

Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olub. Görüşdə səfirliyin ikinci katibi Oğuzhan Albayraq və mətbuat müşaviri Hamit Karadeniz də iştirak ediblər.

Qonaqları salamlayan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını, Ulu öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” fəlsəfəsinə söykəndiyini deyib.

O diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 15 iyul hadisələrindən dərhal sonra Türkiyənin qanuni seçilmiş hakimiyyətinin yanında olduğunu bildirib, baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirib və qardaş Türkiyənin dövlət maraqlarını müdafiə edib.

Səfir İsmayıl Alper Coşqun isə görüşdən böyük məmnunluq hissi keçirdiyini vurğulayaraq bildirib ki, 15 iyul hadisələri zamanı Azərbaycan demokratik dəyərləri rəhbər tutaraq qardaşlıq, dostluq mövqeyi ortaya qoydu və Türkiyənin yanında oldu. Bu mövqeyin Türkiyə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini deyən səfir iki ölkə arasındakı dostluğun sarsılmaz olduğunu vurğulayıb.

Görüşdən sonra səfir “Yeni Azərbaycan” qəzeti üçün ekskluziv müsahibə verib.