YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cüdoçu Rüstəm Orucov Olimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası ilk medalını qazanıb.

Olimpiadanın cüdo yarışında ölkəmizi təmsil edən Rüstəm Orucov (73 kq) yalnız finalda məğlub olub.

Olimpiadada mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz bu mərhələdə Qazaxıstan təmsilçisi Didar Hamzanı məğlub edib. R.Orucov səkkizdəbir finalda Jake Bensted (Avstraliya) üzərində ipponla qələbə qazanıb. Azərbaycan idmançısı dörddəbir finalda “London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısı, Macarıstan təmsilçisi Miklos Unqvarini məğlub edib. Yarımfinalda Saqi Muki (İsrail) ilə qarşılaşan R.Orucov görüşü qələbə ilə başa vuraraq finala yüksəlib. Qələbəyə gedən yoldakı sonuncu sınağında yaponiyalı Şohei Onoya uduzan cüdoçumuz XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.