YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavad Zərif: Azərbaycan, Rusiya və İran dövlət başçıları tərəfindən əldə olunan razılıq regionda sabitliyi möhkəmləndirəcək

Azərbaycan, Rusiya və İran dövlət başçıları tərəfindən Zirvə görüşü zamanı əldə olunan razılıq regionda sabitliyi möhkəmləndirəcək.

Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin birgə mətbuat konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Zərif bildirilib ki, növbəti sammit İranda keçiriləcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov diqqətə çatdırıb ki, liderlər əməkdaşlıq üçün müvafiq nazirlik və nazirlər səviyyəsində üçtərəfli mexanizm yaratmaq barədə razılığa gəliblər.

Onun sözlərinə görə, tərəflər Xəzər üzrə konvensiyanın tezliklə razılaşdırılmasının vacibliyini vurğulayıblar. Xarici işlər nazirlərinə beşinci Xəzər Sammitinin hazırlığını aktiləşdirmək tapşırılıb.