YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolunu xüsusi qiymətləndirir

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiyanın rolunu xüsusi vurğulamaq istərdim. Biz bu rolu qiymətləndiririk və tənzimləmə prosesinin irəliləməsində Sizin şəxsi iştirakınız çox böyük əhəmiyyət kəsb edir. İyun ayında Sankt-Peterburqda keçirilən görüş əsasən bu problemə həsr edilmişdi və şəxsən Sizin həmin prosesdə fəal iştirakınıza görə təşəkkür edirəm. Bu gün həm də İran, Rusiya və Azərbaycan liderlərinin ilk üçtərəfli görüşü keçiriləcək. Çox ümidverici olan bu yeni format ikitərəfli əməkdaşlıq çərçivəsində yaxşı potensiala malikdir və bu gün qarşılıqlı regional fəaliyyətin mühüm məsələləri müzakirə ediləcək. Fikrimcə, bu, həm ölkələrimizin iqtisadi inkişafına, həm də bizim regionda təhlükəsizlik sisteminin möhkəmlənməsinə şərait yaradacaq. Sizi bir daha səmimi qəlbdən salamlayıram, xoş gəlmisiniz". Bu fikirləri Prezident İlham Əliyev avqustun 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin  ilə  görüşündə  səsləndirib.