YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub

Avqustun 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

İran Prezidentini salamlayan Prezident İlham Əliyev qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq, bunun mühüm bir göstərici olduğunu qeyd etdi: “Bu, onu göstərir ki, bizim əlaqələrimiz necə sürətlə inkişaf edir. Bu gün səfər çərçivəsində bir çox məsələlər müzakirə ediləcək və əminəm ki, nəticələr də yaxşı olacaq. Bir daha xoş gəlmisiniz”.

İran Prezidenti Həsən Ruhani öz növbəsində bildirdi ki, bizim əlaqələrimiz səmimiyyətlə və uğurla inkişaf edir. Ümid edirəm ki, münasibətlərin genişləndirilməsi üçün bu səfərdə yeni addımlar atılacaq. Yaxşı münasibətlərimiz həm ikitərəfli, həm də regional çərçivədə çox əhəmiyyətlidir, müsbət haldır.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.