YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəlilabad rayon təşkilatında imzatoplama kampaniyası uğurla başa çatmışdır

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar formalaşdırılmış “Yeni Azərbaycan” təşəbbüs qrupunun Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçirilməsi üçün Cəlilabad rayonunda imzatoplama kampaniyası uğurla başa şatmışdır.

YAP Cəlilabad rayon təşkilatinda bu məqsədlə əvvəlcədən nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq imzatoplamada iştirak edəcək partiya fəallarının tərkibi müəyyənləşdirilmiş, onlarla treninqlər keçirilmiş, qarşıda duran vəzifələr onlara izah olunmuş, imzatoplama qaydaları haqqında ətraflı məlumat, tövsiyə və təlimatlar verilmişdir.

Cəlilabad rayonu üzrə fəaliyyət göstərən 3 seçki dairəsinin əhatə etdiyi yaşayış məntəqələrində keçirilən imzatoplama kampaniyasında vətəndaşlar yüksək fəallıq nümayiş etdirmişlər. Bundan əvvəlki referendum və seçkilərdə mütəşəkkillik və siyasi fəallıq nümayiş etdirən cəlilabadlılar 26 sentyabr 2016-cı ildə keçiriləcək Referendumda da fəal iştirak etmək əzmindədirlər.