YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşəbbüs qrupunun Ağcabədi rayon şöbəsi imzatoplama kampaniyasını uğurla davam etdirir

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar "Yeni Azərbaycan" təşəbbüs qrupunun Ağcabədi rayon şöbəsinin yığıncağı keçirilib.

Toplantıda  seçki qərargahının üzvləri, həmçinin, "Yeni Azərbaycan" təşəbbüs qrupunun qeydə alınması üçün imza toplayacaq YAP fəalları iştirak ediblər.

Verilən məlumata görə, imzatoplama kampaniyası rayon sakinlərinin fəal iştirakı şəraitində uğurla davam edir.