YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gündüz İsmayılov: Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti həm daxili sabitlik, həm də inkişaf baxımından zəruridir

«Azərbaycanda multikulturalizmindövlət siyasətinin mühüm istiqamətinə çevrilməsi sadəcə müəyyən dövrü əhatə edən bir kampaniya deyil. Bu,dövlətimizin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasətidir. Bu sahədə fəaliyyət göstərmək üçün mühüm dövlət qurumlarının yaradılması da təsadüfi deyil». Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

G.İsmayılov xatırladıb ki, 2014-cü ildə ölkə başçısının Sərəncamı iləAzərbaycan Respublikasınınmillətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidməti təsis edilib, Prezidentin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəziyaradılıb. Onun sözlərinə görə, Azərbaycanın tolerantlıq ənənələrinin mədəni, siyasi, sosial mahiyyətinin araşdırılması, respublikadakı dini müxtəlifliyin tolerant əsaslarının elmi müstəvidə təhlili və qorunub saxlanılması, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi də bu siyasətin əsas prioritet istiqamətlərindəndir.

«Düşünürəm ki, hazırda Qərbdə multikulturalizmin süquta uğradığı bir vaxtda, multikulturalizmin Azərbaycan modelinin uğurunun sirri müxtəlif millətlərin və dinlərin təmsilçilərinin öz kimliklərini qorumasında və digərinə hörmətlə yanaşmaqla inkişaf etmək iqtidarında olmasındadır. Bunun əksinə, universal model kimi təqdim olunmağa çalışılan Qərbsayağı multikulturalizm digər mədəniyyət daşıyıcılarının fərqli dəyərlərini qəbul etmir.Belə olan halda Avropa dövlətləri fərqli mədəniyyət və din daşıyıcılarını Qərb cəmiyyətinə yalnız assimilyasiya etməyə çalışırlar, ona görə də bu ölkələrdə multikulturalizm özünü doğrultmur. Halbuki, qloballaşan dünya fərqli mədəniyyətlərin birgəyaşayışı nəzərə alınmadan mövcud ola bilməz. Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti həm daxili sabitlik və inkişaf, həm də geosiyasi vəziyyət nəzərə alınmaqla xarici ölkələrlə münasibət baxımından zəruridir»- deyə, G.İsmayılov vurğulayıb.