YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Edvard Karvadin: Azərbaycan uşaq və gənclər siyasəti sahəsində əsaslı irəliləyişlərə imza atıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Uşaq Fondunun (UNICEF) ölkəmizdə yeni təyin olunmuş nümayəndəsi Edvard Karvadin ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Edvard Karvadin təyinat məktubunu nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir yeni təyinatı münasibətilə UNICEF-in nümayəndəsini təbrik edərək Azərbaycanın müstəqilliyinin ilk illərindən BMT-nin Uşaq Fondu ilə faydalı əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. O, uşaqların hüquqlarının qorunmasının Azərbaycan Hökumətinin gündəliyində prioritet məsələlərdən biri olduğunu vurğulayaraq, BMT-nin Uşaq Fondunun ölkəmizdə fəaliyyətində məcburi köçkün ailələrindən olan uşaqların problemlərinə xüsusi diqqət yetirməsinin vacibliyini qeyd edib.

Görüşdə Elmar Məmmədyarov Heydər Əliyev Fondunun və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Edvard Karvadin Azərbaycanın uşaq və gənclər siyasəti sahəsində əsaslı irəliləyişlərə imza atdığını qeyd edərək, BMT-nin Uşaq Fondunun praktiki əsasda Azərbaycan tərəfi ilə qurulmuş əməkdaşlıqdan məmnun olduğunu söyləyib. O, BMT-nin Uşaq Fondunun 2016-2020-ci illəri əhatə edən ölkə üzrə yeni proqramının qəbul olunmasının gələcək əməkdaşlığın yeni perspektivlər müəyyən edəcəyini bildirib.

DİGƏR Xəbərlər Arxiv