YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ülvi Quliyev: Yay Olimpiya Oyunlarında dalğalanması bizə yüksək qürur yaşadacaq

«Olimpiya oyunları ən yüksək səviyyəli idman yarışları sayılır. Belə ki, hər bir idmançı təmsil etdiyi növ üzrə məhz Olimpiya çempionu olmağı arzulayır. Bu mənada yarış meydanına çıxan hər bir idmançı daşıdığı məsuliyyətin yükünü hiss etməli və bütün səyini məhz qələbəyə kökləməlidir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev deyib.

Ü.Quliyev bildirib ki, Azərbaycan idmançılarının XXXI Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsi olduqca uğurlu keçib. Belə ki, 2013-cü ildən başlanan hazırlıq prosesi müvafiq konsepsiya üzrə davam etdirilib. Bu fakt yarışın nəticələrində özünü göstərəcək.

«Ölkəmizi təmsil edən idmançılarımız bu ötən müddət ərzində müxtəlif mühüm yarışlarda öz güclərini sınayıblar, 2013-2015-ci illərdə və 2016-cı ilin birinci yarımili ərzində 1000-dən artıq rəsmi və qeyri-rəsmi beynəlxalq yarışlarda iştirak ediblər. Bunun qarşılığında isə 1042-si olimpiya idman növlərinə aid olmaqla 2723 medal əldə ediblər. Artıq Azərbaycan dünyanın aparıcı idman ölkəsi olaraq özünün idman növlərində təmsilçiliyində fərqlilik yaradır. Bu da təqdirəlayiq haldır. Mən əminəm ki, bu dəfə də ənənəyə sadiq qalacağıq və ötən yarışlardan daha çox medal qazanacağıq. Ən əsası isə bu medalların əyarı ən yüksək səviyyədə olmasını arzulayırıq.  Olimpiya oyunlarının izlənmə faizi olduqca yüksəkdir və üçrəngli bayrağımızın Yay Olimpiya Oyunlarında dalğalanması bizə yüksək qürur yaşatmaqla yanaşı, Azərbaycan dövlətinin idmana, gənclərə göstərdiyi diqqət və qayğının tərənnümünə çevriləcək»- deyə, Ü.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv