YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Raqif Abbasov: Xalqımız idmançılarımızın ciddi nəticələr əldə edəcəyinə inanır

«Ölkə ictimaiyyəti növbəti yay olimpiya oyunlarında iştirak etmək hüquq qazanan idmançılarımızdan böyük uğurlar gözləyir». Bu fikri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

R.Abbasov bildirib ki, xalqımız idmançılarımızın yarışlarda ciddi nəticələr əldə edəcəyinə inanır. Onun sözlərinə görə, bu amil idmançılarda  böyük ruh yüksəkliyi yaradır.

«Rio-2016” Azərbaycan üçün fərqli olimpiada olacaq. Azərbaycanın nümayəndə heyəti Rioya 18 idman növündə 56 idmançı və 57 lisenziya ilə yola düşdü. Bu olimpiada daha çox yaddaqalan olacaq. Yığma komandamızın tərkibində olimpiya, dünya və Avropa çempionları, olimpiya oyunlarında təcrübəsi olan idmançılar var. Ümid edirik ki, Azərbaycan idmançılarının nəticələri yüksək olacaq»- deyə, R.Abbasov qeyd edib.