YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələdə Kubanın “Jovenes Clasikos Del Son” ansamblının konserti olub

Səkkizinci Qəbələ Beynəlxalq Musiqi Festivalı yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir.

Avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq havadakı səhnədə Kubanın “Jovenes Clasikos Del Son” ansamblının konserti olub.

Konsertdə məlumat verilib ki, “Jovenes Clasikos Del Son” ansamblının əsası 1904-cü ildə qoyulub. Qrup ənənəvi septet instrumental quruluşdadır. Akustik bas, tres, gitara, trampet, konqo, bonqolar və vokalistlərdən ibarət ansambl Kuba musiqisinin yeni qüvvəsi kimi təqdim edilir. Kubalı solistlər ənənəvi və müasir dünya musiqisindən bəhrələnərək zəngin salsa, son və digər Latın ritmlərini eklektik şəkildə birləşdiriblər.

Konsertdə təkrarolunmaz və özünəməxsus səslənmə yaratmağa müvəffəq olan “Jovenes Clasikos Del Son” ansamblının möhtəşəm çıxışı festival iştirakçılarına xoş anlar yaşadıb. Səhnədə interpretasiya gücü ilə seçilən “Jovenes Clasikos Del Son” qrupu konsertdə insanları rəqs etməyə sövq etməyi bacarıb.