YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanda baş verən kataklizmlərə bir sıra beynəlxalq təşkilatların loyal mövqe nümayiş etdirməsi ikili standart nümunəsidir

“Ermənistanda baş verən dağıdıcı proseslərə, ictimai-siyasi kataklizmlərə münasibətdə bir sıra beynəlxalq təşkilatlar loyal mövqe nümayiş etdirirlər. Onlar yalnız tərəfləri dialoqa çağırmaqla kifayətlənirlər”. Bunu Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

Onun sözlərinə görə, bu, ikili standart nümunəsidir: “Əgər bu proseslər digər ölkələrdə, o cümlədən Azərbaycanda müşahidə edilsəydi, o zaman bəzi beynəlxalq təşkilatlar müxtəlif bəyanatlar səsləndirər, loyallıq nümayiş etdirməzdilər. Bəhs olunan təşkilatlar müstəqil siyasət yeridən ölkələrə qarşı həmin loyallığı nümayiş etdirmirlər, hətta ictimai asayişin qorunmasına xidmət edən tədbirləri belə tənqid və qınaq obyektinə çevirirlər”.

“Ermənistanda kütləvi həbslər baş verir, polis əməkdaşları bir çox tanınmış şəxsləri - millət vəkillərini, ictimai xadimləri həbs edirlər, çoxsaylı xəsarət alanlar var, bütövlükdə isə, ölkədə ciddi qarşıdurmalar yaşanır. Belə olan halda, bir sıra beynəlxalq təşkilatların yalnız narahatlıq keçirdiklərini bəyan etmələri, tərəfləri dialoqa, qarşılıqlı anlaşmaya çağırmaqla kifayətlənmələri birtərəfli yanaşma və ikili standart nümunəsidir”,-deyə Milli Məclis sədrinin müavini əlavə edib.