YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR iyulda Ceyhan limanından 1,5 milyon ton xam neft ixrac edib

SOCAR iyul ayında Novorossiysk limanından 79 min 992 ton, Supsa limanından 274 min 676 ton, Ceyhan limanından 1 milyon 569 min 86 ton xam neft ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, yanvar-iyul aylarında şirkət tərəfindən Novorossiysk limanından 559 min 65 ton, Supsa limanından 1 milyon 491 min 744 ton, Ceyhan limanından 10 milyon 105 min 879 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.