YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov Beynəlxalq Mərkəzçi Demokratların Yeni Azərbaycan Partiyası ilə əlaqədar Bakıya səfər etmiş faktaraşdırma missiyasının üzvləri ilə görüşmüşdür

İyulun 7-də YAP-ın Sədr müavini, İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Beynəlxalq Mərkəzçi Demokratların Yeni Azərbaycan Partiyası ilə əlaqədar Bakıya səfər etmiş faktaraşdırma missiyasının üzvləri ilə görüşmüşdür.

Əli Əhmədov Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı mövqeyi, qazandığı uğurlar, qarşıya qoyduğu hədəflər barədə faktaraşdırma missiyanın üzvlərinə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan qazandığı möhtəşəm uğurlar fonunda Avropaya inteqrasiyanı əsas hədəf kimi müəyyənləşdirmişdir.

Beynəlxalq Mərkəzçi Demokratların faktaraşdırma missiyasının rəhbəri Avropa Xalqları Partiyasının və BMD-nin Baş katibi Antonio-Lopes İsturiz Yeni Azərbaycan Partiyasının bu təşkilata üzvlüyü ilə bağlı proseslərin uğurlu məcrada getdiyini nəzərə çatdırmışdır.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Beynəlxalq Mərkəzçi Demokratlar arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirməsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.  YAP-ın bu təşkilata üzvlüyə qəbul edilməsi üçün yol xəritəsinin işlənib hazırlanması qərara alınmışdır.

Görüşdə Avropa Xalqları Partiyasının Şərqi Avropa üzrə koordinatoru Rossello Lopes Çezar Mateo, Beynəlxalq Mərkəzçi Demokratların vitse-prezidenti, Livanın keçmiş prezidenti Əmin əl-Cimeyyil, Avropa Xalqları Partiyasının koordinatoru Ruiz Thiery Alberto, Yunanıstanın NEA Demokratiya Partiyasının beynəlxalq katibinin müavini Maria Zianni, Avropa Xalqları Partiyasında Beynəlxalq Mərkəzçi Demokratların və Avropa Araşdırmalar Mərkəzinin İcra katibinin müavini Emanuela Farris iştirak etmişlər. 

DİGƏR Partiya xəbərləri Arxiv