YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xaçmaz rayon təşkilatında yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının qərargahında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib.

Yığıncağı giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərin ölkəmiz üçün əhəmiyyətindən bəhs edərək bildirib ki, ölkə inkişaf etdikcə, təhlükəsizlik sistemi yaxşılaşdıqca, dövlət strukturlarında islahatlar keçirildikcə, beynəlxalq konvensiyalara qoşulduqca münasibətlərin tənzimlənməsi üçün konstitusiyaya müvafiq dəyişikliklərin olmasına zərurət yaranır.

O qeyd edib ki, Konstitusiyamız 1995-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən hazırlanaraq ümumxalq səsverməsi ilə təsdiq edilib: "Ölkə inkişaf etdikcə beynəlxalq nüfuzunda baş verən böyük dəyişikliklər, ölkədə aparılan uğurlu islahatların müsbət nəticələri, azərbaycan xalqının rifahının günü-gündən artması, müxtəlif beynəlxalq konvensiyalara qoşulması, konstitusiyada dəyişikliklərin aparılması zərurəti yaradır. Bu gün dünyanın idarə olunmasında istifadə olunan idarəetmə sistemi inkişaf edir biz də bu cür inkişafa biganə qalmalı deyilik.

"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı haqqında nəzərdə tutlan dəyişilik və əlavələr Azərbaycan dövlətinin inkişafından və beynəlxalq nüfuzunun günbəgün artmasından xəbər verir".

YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev daha sonra referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verərək bildirib ki, "Yeni Azərbaycan" təşəbbüs qrupu öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcəkdir. Başlıca məqsədimiz konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etməkdir.

Yığıncaqda YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov, YAP Xaçmaz rayon təşkilatının Şura üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova çıxış edərək bildiriblər ki, Konstitusiyada nəzərdə tutulmuş dəyişikliklər Azərbaycan xalqının hüquq və azadlıqlarının təminatından, gənclərə daha geniş meydanın açılmasından, ölkəmizin inkişafı və təhlükəsizliyi üçün təminatın yaradılmasına xidmət edəcəkdir.

Sonra "Yeni Azərbaycan" təşəbbüs qruplarında təmsil olunmaq üçün nümayəndələr seçilib.