YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında turizm sahələri üzrə əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bununla bağlı müzakirələr Bob Bləkmənin rəhbərliyi ilə Britaniya Parlamentinin Azərbaycan Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev arasında keçirilən görüşdə aparılıb.

Nümayəndə heyəti Azərbaycan xalqının qonaqpərvərliyini, ölkəmizdə turizm sənayesinin inkişafını və davam edən iqtisadi inkişafı nəzərə alaraq, Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar olduğunu bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət və turizm sahələrinin inkişafı, həmçinin ölkəmizdə həyata keçirilən quruculuq işləri haqqında nümayəndə heyətini məlumatlandırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdəki mədəniyyət abidələri və obyektlərinin dağıdılması barədə söz açan nazir münaqişəni Azərbaycanın turizm məkanı kimi təbliği və inkişafına maneə törədən fakt kimi qiymətləndirib.

Parlamentarilər Böyük Britaniya və Azərbaycan arasında mədəniyyət və turizm sahələrində mövcud əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv