YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Nuriyev: Prezident İlham Əliyev sosial mənzillərin tikintisi və aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə xüsusi diqqət yetirir

«Prezident İlham Əliyev sosial mənzillərin tikintisi və aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə xüsusi diqqət yetirir. Agentliyin fəaliyyətinə göstərdiyi dəstək bu layihənin tez bir zamanda uğurla reallaşmasına şərait yaradır». Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.

S.Nuriyev bildirib ki, Agentlik bu vəzifələrin layiqincə yerinə yetirilməsini və qarşıya qoyulmuş məqsədlərə nail olunmasını təmin edəcək. Onun sözlərinə görə, tikiləcək mənzillərin vətəndaşlar tərəfindən əlverişli şərtlərlə əldə edilməsi üçün uzunmüddətli ödəniş sisteminin yaradılması və maliyyələşdirilməsi istiqamətində Agentlik artıq aidiyyəti dövlət qurumları ilə birlikdə işlər aparır.

«Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin burada əsas maliyyə mənbəyi kimi çıxış etməsi gözlənilir. Dövlətimizin başçısının bu yaxınlarda imzaladığı Fərmana əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin “Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasında təmsil olunması yaradılacaq sistemin əlaqəli şəkildə işləməsini təmin edərək dayanıqlı olmasına xidmət edəcək. Bununla yanaşı, mənzillərin satışının uzunmüddətli maliyyələşdirilməsini təmin etmək üçün ölkənin dövlət bankları ilə əməkdaşlıq imkanları da dəyərləndirilir»- deyə, S.Nuriyev qeyd edib.