YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Quliyev: Dövlətin gənclər təşkilatlarına göstərdiyi dəstək öz bəhrəsini verir

«Ölkəmizdə uğurlu gənclər siyasəti nəticəsində regionlarda 30-dan çox Gənclər mərkəzi fəaliyyət göstərir». Bu fikri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev deyib.

V.Quliyev bildirib ki, bölgələrdə fəaliyyət göstərən gənclər təşkilatları öz tədbirlərini məhz həmin mərkəzlərdə keçirirlər.

«Azərbaycanda gəncləri əhatə edən müxtəlif dövlət proqramları həyata keçirilir. Dövlətin gənclər təşkilatlarına göstərdiyi dəstək bu gün öz bəhrəsini verir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun keçirdiyi qrant müsabiqələri paytaxtla yanaşı, regionda yaşayan gəncləri də əhatə edir»- deyə, V.Quliyev vurğulayıb.