YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələn il Bakıda beynəlxalq "DecorExpo" sərgisi keçiriləcək

Gələn il martın 9-11-də Bakı Ekspo Mərkəzində mebel sənayesi, ev tekstili, xalçaçılıq, məişət avadanlıqları və digər dekor əşyaların nümayiş olunacağı III beynəlxalq "DecorExpo" sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)  bildiriblər ki, sərgidə rəsmi şəxslər, distribyutorlar, dizaynerlər, məşhur otellərin nümayəndələri, daşınmaz əmlak məsələləri ilə məşğul olan şirkət təmsilçiləri və iş adamlarının iştirakı gözlənilir.

Sərginin təşkilatçısı “ELANEXPO”dur. Ən önəmli ticarət sərgiləri təşkilatçılarından olan “ELANEXPO” Azərbaycanla yanaşı, Əlcəzair, Mərakeş, İraq və Qazaxıstanda bir çox sərgilər təşkil edib və hər il keçirilən bu kimi sərgilərdə indiyədək yüzlərlə şirkət təmsil olunub.