YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycan xalqı, siyasi qüvvələri Türkiyə dövlətinin, türk xalqının yanındadır

"Azərbaycan xalqı, siyasi qüvvələri Türkiyə dövlətinin, türk xalqının yanındadır". Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov Türkiyədə baş verən hərbi çevrilişə cəhdin yolverilməz olduğunu bildirib.

O qeyd edib ki, Türkiyə Azərbaycana qardaş dövlətdir: "Orada baş verənlər bizi narahat edir. Türkiyədəki hadisələr Azərbaycanda diqqət mərkəzindədir".

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini əlavə edib ki, baş verənlərin səbəblərini və bunda günahı olanları istintaq orqanları araşdırıb ortaya çıxarmalıdır: "Türkiyə tarixində bir neçə dəfə belə hadisələr olub. Artıq, zaman dəyişib. Yəni, hər bir xalqın seçiminə hörmətlə yanaşmaq lazımdır. Türkiyədə seçki olub, xalq öz seçimini edib, hakimiyyət formalaşıb. Heç bir ölkədə, o cümlədən Türkiyədə hakimiyyətin zorla dəyişdirilməsi yolverilməzdir".

DİGƏR Xəbərlər Arxiv