YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Sosial mənzillərin tikintisi proqramı aztəminatlı ailələrin sosial müdafiəsi baxımından mühüm addımdır

«Ölkəmizdə sosial siyasətin daha dolğun məzmun kəsb etməsi və əhatə dairəsinin genişlənməsinə nail olmaq üçün daim yeni təşəbbüslər irəli sürülür». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Azərbaycanın dövlət başçısı cari ildə də bilavasitə aztəminatlı ailələrin mənafeyinə yönələn yeni təşəbbüslə çıxış edib. Onun sözlərinə görə, bu təşəbbüslərdən biri aztəminatlı ailələrin mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasını nəzərdə tutan sosial mənzillərin tikintisi proqramının həyata keçirilməsidir.

«Prezident İlham Əliyev aztəminatlı ailələr üçün ucuz mənzillərin inşasını çox ciddi sosial təşəbbüs kimi səciyyələndirib. Müstəqil Azərbaycanda indiyədək sosial mənzillərin tikintisi praktikası olmayıb. Bu, aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına hesablanan tamamilə yeni bir ideyadır. Ölkəmizdə Prezident İlham Əliyevin bəyan etdiyi yeni sosial proqram dünya təcrübəsinə istinad edilərək həyata keçiriləcək. Bir sıra inkişaf etmiş ölkələrdə sosial mənzillərin tikintisi ilə aztəminatlı əhalinin mənzil probleminin həllinə dəstək verilməsi praktikasından geniş istifadə olunur. Sosial mənzillərin inşasında əsas məqsəd aztəminatlı ailələrin mənzil şəraitini yaxşılaşdırmaqdan ibarətdir. Sirr deyil ki, ölkəmizdə xeyli sayda aztəminatlı ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bəzi ailələrin aylıq gəlirləri isə bazar qiymətləri ilə mənzil almaq üçün yetərli deyil. Belə vəziyyətdən gənc ailələrin də əziyyət çəkmələri xüsusi narahatlıq doğurur. Dövlət məhz bu kimi məqamları nəzərə alaraq aztəminatlı ailələrin, o cümlədən də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına əməli dəstək verməyi qərara alıb. Ölkəmizdə Sosial Mənzil Fondunun formalaşdırılması tələbatı olan, amma imkanı çatmayan və aylıq əməkhaqqı mənzil almaq üçün yetərli olmayan ailələrin mənzillə təmin edilməsinə imkan verəcək»- deyə, S.Hüseynova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv