YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: İcbari tibbi sığortanın tətbiq olunması ən aktual məsələlərdən biridir

«Azərbaycan səhiyyə sahəsində bir sıra nailiyyətlər əldə edib. Müasir standartlara uyğun səhiyyə ocaqları istifadəyə verilib və müasir avadanlıqlarla təchiz olunub. Bununla yanaşı icbari tibbi sığortanın tətbiq olunması da gündəmdə olan məsələdir». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, icbari tibbi sığortanın tətbiq olunması bu günün ən aktual və zəruri məsələlərdən biridir. Onun sözlərinə görə,  insanın sağlamlığının müayinəsi və müalicəsi vacib amillərdən biridir.

«İcbari tibbi sığorta haqqında qanun qəbul olunsa da, bu hələ tam şəkildə tətbiq olunmayıb. Səhiyyə sahəsində icbari tibbi sığortanın tətbiqi məsələsi ilə əlaqədar Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Artıq hökumət bu sahədə ciddi fəaliyyət göstərməkdədir»- deyə, komitənin sədr müavini qeyd edib.