YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukrayna Prezidenti Petro Poroşenko Milli Məclisdə olub

Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 14-də Milli Məclisdə olub.

Ukrayna dövlətinin başçısı əvvəlcə Milli Məclisin iclas zalı ilə tanış olub. Ali qonaq deputatların fəaliyyəti üçün yaradılan iş şəraitini yüksək qiymətləndirib.

Sonra Prezident Petro Poroşenko Heydər Əliyev xatirə zalına baxıb. Dövlət başçısına Azərbaycan parlamentinin formalaşması və xarici ölkələrin qanunverici orqanları ilə əlaqələrin qurulmasında Ulu Öndərin xidmətləri barədə məlumat verilib.

Ukrayna Prezidenti burada xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra Ukrayna Prezidenti Petro Poroşenko və Milli Məclisin sədri Oqtay Əsədov arasında görüş keçirilib.

Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan-Ukrayna münasibətlərindən danışaraq bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Milli Məclisin sədri münasibətlərdə parlament diplomatiyasının mühüm rolunu vurğulayaraq qanunverici orqanlardakı dostluq qruplarının qarşılıqlı əməkdaşlığından razılıq ifadə edib. Oqtay Əsədov ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Prezident Petro Poroşenko Bakıda keçirilən görüşlərin, imzalanan sənədlərin, Azərbaycan və Ukrayna Prezidentləri Şurasının Beşinci iclasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığa dair müzakirə olunan məsələlərin və layihələrin ölkələrimizin inkişafına və xalqlarımızın rifahına xidmət edəcəyinə əminliyini bildirib.