YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Mətbuatımız dilimizin zənginliyinin qorunmasını diqqətdə saxlamalıdır

«Hər bir xalqın mövcudluğunda onun milli dili mühüm rol oynayır. Bu gün milli mətbuatımız dilimizin zənginliyinin qorunmasını diqqətdə saxlamalıdır». Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Azərbaycan dili rəsmi dövlət, həm də milli həmrəyliyimizin dilidir. Onun sözlərinə görə, ölkəmizdə Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində lazımi tədbirlər görülür.

«Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Azərbaycan dili milli dövlətçiliyin əsas şərtlərindən biridir və hər bir xalqın mövcudluğunda onun milli dili mühüm əhəmiyyət daşıyır. Azərbaycan dili milli həmrəyliyin göstəricisidir və dünyada 50 milyon azərbaycanlı bu dildə danışır. Eyni zamanda, bu dil Azərbaycan məfkurəsinin formalaşmasında mühüm rola malikdir»- deyə, Ə.Amaşov qeyd edib.