YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Ölkəmiz bütün sahələrdə mühüm uğurlara imza atıb

«Ölkəmiz bütün sahələrdə mühüm uğurlara imza atıb». Bu fikri Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, Azərbaycanın müstəqillik qazandığı 25 il ərzində əldə etdiyi  uğurlar göz qabağındadır. Onun sözlərinə görə, bütün inkişafın təməli kimi dəyərləndirilən sabitliyin ölkəmizdə yüksək səviyyədə qorunması uğurların bir-birini əvəzləməsinə geniş imkanlar açır.

«Bu gün Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı sürətlə artır. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi beynəlxalq əhəmiyyətli layihələrin icrasına, eyni zamanda, maliyyə imkanlarının artmasına yol açır. Müstəqil siyasət aparmaq, iqtisadi, o cümlədən, enerji sahəsində müstəqil təşəbbüsləri irəli sürmək maliyyə, iqtisadi və siyasi cəhətdən böyük imkanlar tələb edir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda enerji, həmçinin, nəqliyyat və iqtisadiyyat sahəsində heç bir təşəbbüs irəli sürülə bilməz. Azərbaycan enerji resurslarından əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, milli maraqlarımızın təmin edilməsi və ölkəmizin qüdrətlənməsi naminə istifadə edir»- deyə, T.Süleymanov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv