YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Almaniyada keçiriləcək dünya konfransında Dünya Gənc Liderlər və Sahibkarlar Federasiyasının Avropa konfransının bərabərhüquqlu üzvü seçiləcək

Maltanın St. Julian’s şəhərində Dünya Gənc Liderlər və Sahibkarlar Federasiyasının (JCI) Avropa konfransı keçirilmişdir.

49 ölkədən 3 min nümayəndənin qatıldığı tədbirdə Azərbaycanın Gənc Liderlər və Sahibkarlar Platformasının təmsilçiləri də iştirak etmişlər.

Xatırladaq ki, Azərbaycan 2012-ci ildə Dünya Gənc Liderlər və Sahibkarlar Federasiyasının Tayvanda keçirilən konfransında potensial üzvlüyə, 2013-cü ildə isə Braziliyada keçirilən dünya konfransında müvəqqəti üzvlüyə qəbul olunmuşdur.

Avropa konfransında Azərbaycan bayrağını qürurla dalğalandıran Gənc Liderlər və Sahibkarlar Platformasının növbəti hədəfi isə 128 ölkə qarşısında tamhüquqlu üzvlüyünü elan etməkdir. Belə ki, 2014-cü ildə Almaniyada keçiriləcək dünya konfransında ölkəmizin quruma tamhüquqlu üzvlüyü planlaşdırılır. 

128 ölkədən 18-40 yaş arası gəncləri özündə birləşdirən JCI dünyanın ən böyük gənc liderlər və iş adamları federasiyasıdır.

DİGƏR Xəbərlər Arxiv