YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Olland ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Varşavada Fransa Respublikasının Prezidenti Fransua Olland ilə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğu bildirildi. Fransa Prezidenti bu məsələnin həllinə fəal dəstək verəcəyini vurğuladı.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı.