YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan dövləti qarşısına qoyduğu hədəflərə çatır və zamanın çağırışlarına uyğun olaraq daha yeni məqsəd və vəzifələrini müəyyənləşdirir

«Bu gün dünya ölkələrində, xüsusilə də, Avropa dövlətlərində baş verən sosial-iqtisadi və siyasi proseslərin təhlili fonunda əminliklə deyə bilərik ki, Azərbaycan uğurlu inkişaf yolundadır, qarşısına qoyduğu məqsədlərə nail olur, hətta, perspektiv tərəqqi üçün çox möhkəm təməl yaradılıb». Bu fikri Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, ölkəmizin qlobal maliyyə-iqtisadi böhranından minimum itkilərlə çıxması, siyasi-hərbi qarşıdurmaların mənfi təsirlərinə məruz qalmaması Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin nailiyyətləri və uğurlarıdır. Bu mənada, Azərbaycanın dinamik inkişafı, siyasi sabitliyi, təhlükəsizliyi xalqımızın sərvətidir və biz bunu qorumalıyıq.

«Bunun üçün isə hər zaman olduğu kimi bütün məqamlarda Heydər Əliyev siyasətinə, cənab Prezident İlham Əliyevə olan dəstəyimizi nümayiş etdirməliyik. Çox sevindirici haldır ki, Azərbaycan dövləti insanların yüksək həyat şəraiti və sağlam mühitdə yaşaması üçün bütün lazımi addımları atır, dövlət proqramları reallaşdırır, qanunvericilik səviyyəsində beynəlxalq hüquq normalarını tətbiq edir. Ailə, qadın, uşaq, səhiyyə, təhsil, ümumilikdə sosial sahədə uğurlu siyasət yürüdən dövlətimiz bütün məqamlarda ən nümunəvi təcrübəni reallaşdırır ki, daha mükəmməl sosial-ictimai sistem formalaşsın. Məhz, qlobal böhranın təsirlərinə baxmayaraq, cənab Prezident İlham Əliyevin göstərişilə yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması, ölkədə sosial-iqtisadi vəziyyətin daha da yüksəldilməsi üçün islahatların həyata keçirilməsi uğurlu inkişaf siyasətinin göstəriciləridir. Bir sözlə, əminliklə demək olar ki, bu gün Azərbaycan dövləti qarşısına qoyduğu hədəflərə çatır və zamanın çağırışlarına uyğun olaraq daha yeni məqsəd və vəzifələrini müəyyənləşdirir»- deyə, S.Vəliyeva vurğulayıb.