YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

NATO-nun baş katibi: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bütün səyləri dəstəkləyirik

NATO-nun baş katibi Yens Stoltenberq iyulun 8-də Varşavada keçirdiyi mətbuat konfransında Alyansın yekun kommunikesində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin də öz əksini tapacağını bildirib.

“Mesaj odur ki, tərəfləri gərginliyi azaltmağa, zorakılıqdan çəkinməyə, münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səyləri davam etdirməyə çağırırıq. Biz münaqişənin sülh yolu ilə həlli istiqamətində göstərilən bütün səyləri dəstəkləyirik”, - deyə baş katib bildirib.