YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: NATO-nun sammiti mühüm tədbirdir

«NATO mötəbər beynəlxalq hərbi-siyasi təşkilatdır. Bu təşkilatın sammiti özlüyündə mühüm tədbirdir». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Azərbaycanın mütəmadi olaraq bu sammitdə iştirak etməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Onun sözlərinə görə, sammitdə dünyada mövcud problemlər müzakirə olunur.

«Təbii ki, bu sammitdə bir sıra qlobal problemlər müzakirə olunur. Amma əsas məsələ bu problemlərin həll edilməsidir. Azərbaycan NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməsini istəyir. Amma məlumdur ki, təşkilat bu problemlə dərindən məşğul olmur. Amma təşkilat tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi də böyük əhəmiyyət kəsb edir»- deyə, deputat qeyd edib.